Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub


Sosial 21 Sen 2018 08:38:20 288 0

Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub

Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Bakı-Qazax avtomobil yolunda “Hundai” markalı minik avtomobili ilə "KamAZ" toqquşub.

"Report”un Şirvan bürosu xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında baş vermiş qəza nəticəsində 1968-ci il təvəllüdlü İmişli rayon sakini Sarıyev Azər Qara oğlu və 1978-ci il təvəllüdlü Saatlı rayon sakini Novruzov Niyazi Nizami oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan sonuncunun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.