Madrid Avropa regionları arasında uzunömürlülük üzrə birinci yerdədir


Digərləri 21 Sen 2018 08:28:00 390 0

Madrid Avropa regionları arasında uzunömürlülük üzrə birinci yerdədir

"Eurostat"ın sonuncu tədqiqatının nəticələrinə əsasən, Madrid Muxtar Birliyi proqnozlaşdırılan uzunömürlülük üzrə Aİ ölkələri arasında liderdir. Burada qadınların orta ömrünün 85,2-87,8 il, kişilər üçün müvafiq göstəricinin 82,2 il olması proqnozlaşdırılır. Bununla yanaşı, cari ildə çap edilmiş "İllik regional kitab"da göstərilir ki, Avropa İttifaqı ölkələrinin 2016-cı ildə dünyaya gəlmiş sakinləri üçün bu rəqəm 81 ildir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Madridlə yanaşı, İspaniyada bu yaxın vaxtlarda doğulan uşaqların uzunömürlü olması gözlənilən muxtar birliklər sırasına Basklar Ölkəsi (84,1), Kastiliya və Leon, La-Rioxa (hər iki halda 84,3) da daxildir. Əgər cinsi mənsubiyyət nəzərə alınarsa, İspaniyanın 6 muxtariyyəti - Madrid, Kastiliya və Leon, La-Rioxa, Araqon, Basklar Ölkəsi və Navarra Avropanın qadınlar üçün daha uzun ömür proqnozlaşdırılan 10 regionuna daxil edilib. Kişilər üçün daha uzun ömür proqnozlaşdırılan ilk onluğa isə yeganə olaraq Madrid aid edilib.