Qubalı pəhləvan qardaşlar bu dəfə kolumbiyalı izləyiciləri heyrətləndiriblər FOTO


Digərləri 21 Sen 2018 08:07:00 241 0

Qubalı pəhləvan qardaşlar bu dəfə kolumbiyalı izləyiciləri heyrətləndiriblər  FOTO

Qubalı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Laçın və Hüseyn Abdulhüseynovlar kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar həyəcan və alqışlarla izləyiblər.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil olunan Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılan qardaşların çıxışı bu ölkənin məşhur "Caracol" televiziyası vasitəsilə yayımlanacaq.


Xəbərə aid fotolar