Tanınmış xanım müğənnimizə elçi gəldi: "Dəfələrlə..."


Şou-biznes 21 Sen 2018 06:30:00 232 0

Tanınmış xanım müğənnimizə elçi gəldi: "Dəfələrlə..."

"Eurovision-2016" təmsilçimiz Səmra Rəhimli şəxsi həyatından danışıb.

Son.az xəbər verir ki, teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, hələ ki, ailə qurmaq barədə düşünmür:

"Əgər sevdiyim şəxsdən evlilik təklifi alsam, qəbul edərəm. Amma hazırda bu barədə düşünmürəm. Ümumiyyətlə, ailə qurmaq barədə heç vaxt fikirləşməmişəm. Çünki anam uşaqlıqdan bizi belə tərbiyə edib. Ailədə iki bacıyıq. Anam hər ikimizə deyib ki, ailə qurmaq üçün heç zaman tələsməyin. Həyatınızı, karyeranızı qurun, daha sonra ailə olsun. Tələsmək lazım deyil. İndi daha çox sual verirlər ki, sən nə vaxt tərpənirsən? İndi bu barədə danışmaq tezdir".