Donald Tramp ABŞ-ın yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib


Digərləri 21 Sen 2018 05:57:00 240 0

Donald Tramp ABŞ-ın yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib

ABŞ prezidenti Donald Tramp cümə axşamı Birləşmiş Ştatların kibertəhlükəsizlik sahəsində yeni strategiyasını imzalayıb və təsdiq edib.

Bakı. Tural Turan - ABŞ prezidenti Donald Tramp cümə axşamı Birləşmiş Ştatların kibertəhlükəsizlik sahəsində yeni strategiyasını imzalayıb və təsdiq edib. Strategiyada əsas diqqət guya bu sahədə fəaliyyət göstərən Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı cavab tədbirlərinə yönəldilir, həmçinin Amerikanın hücum xarakterli kiber əməliyyatlarına icazə verilir. Trend-in məlumatına görə, bunu jurnalistlər üçün keçirilən brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.