Kim Çen In Cənubi Koreya Prezidentinə iki ton göbələk bağışlayıb


Digərləri 21 Sen 2018 01:30:00 350 0

Kim Çen In Cənubi Koreya Prezidentinə iki ton göbələk bağışlayıb

KXDR lideri Kim Çen In Cənubi Koreya Prezidenti Mun Ce-inə Pxenyan görüşündən xatirə olaraq iki ton qiymətli soni-posot (matsutake) delikates göbələyi bağışlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının nümayəndəsi Seulda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, göbələklər indiyədək Şimaldakı qohumları ilə görüşə bilməyən bölünmüş ailələrin üzvlərinə paylanacaq.

"Biz daha yaşlı insanların arasından 4 min nəfər seçdik, onların hər birinə 500 qram göbələk veriləcək", - deyə administrasiya nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti sentyabrın 18-dən 2-dək Pxenyanda səfərdə olub və Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparıb. Tərəflər sammitin nəticələrinə əsasən, Koreya yarımadasını nüvə silahından təmizləmək və müharibə təhlükəsini aradan qaldırmaq barədə birgə bəyanat imzalayıb. Toqquşmaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması istiqamətində atılacaq konkret addımlar iki Koreya dövlətinin müdafiə nazirlərinin imzaladığı sazişdə əksini tapıb.


Xəbərə aid fotolar