Rus milyarderin yaxtasına 3 milyonluq yanacaq vurulur


Digərləri 20 Sen 2018 23:32:00 279 0

Rus milyarderin yaxtasına 3 milyonluq yanacaq vurulur

Rus iş adamı Viktor Raşnikova aid lüks yaxta Türkiyənin Muğla şəhərinin Fəthiyə rayonundakl limanda lövbər saldı.

Dünyanın ən böyük yaxtalarından biri olduğu bildirilən "Ocean Victory" səhər saatlaında Fəthiyə limanına yaxınlaşdı.

Son.az TRT-yə istinadən bildirir ki, yaxtaya 26 tankerlə Əliağa Neft Emalı Zavodundan gətirilən 550 min litr yanacaq doldurulmağa başladı.

Maye yanacağın doldurulmasının axşam saatlarına qədər davam edəcəyi bildirilir.