İlk dəfə çap edilmiş diz oynağı implantasiya olunub


Digərləri 20 Sen 2018 23:33:00 301 0

İlk dəfə çap edilmiş diz oynağı implantasiya olunub

İspaniyada ilk dəfə 3D printerinin köməyi ilə çap edilmiş və pasiyentin dizini tamamilə əvəz edən diz oynağı protezinin quraşdırılması əməliyyatı aparılıb.

Son.az TRT-yə istinadən bildirir ki, klinikanın yaydığı məlumata görə, personallaşdırılma üsulu ilə yaradılmış implantatdan istifadə olunması xəstənin daha yaxşı alışmasına, ağrı və narahatlıq gətirmədən onun anatomiyasına uyğunlaşmasına imkan yaradacaq.