İstirca duası necə oxunur?


Digərləri 20 Sen 2018 23:20:00 246 0

İstirca duası necə oxunur?

İstirca ərəb mənşəli söz olub mənası insanın başına müsibət gəldiyi vaxt oxuduğu duadır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir müsəlmanın başına bir müsibət gəldikdə? Allahını əmr etdiyi (İnnəə lilləəhi və innəə ileyhi raicuun - إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ) sözünü söylər və (Allahummə'curni fi musiibəti va-x'luf li xayran minhə - اللَّهُمَّ أَجِرْنِي فِي مُصِيبَتِي وَاخْلُفْ لِي خَيْرًا مِنْهَا) deyə dua edərsə, mütləq Uca Allah ona daha xeyirlisini verər". (Muslim, 918).

Son.az zikr.az-a istinadən bildirir ki, Qurani Kərimdə də istirca aşağıdakı kimi vurğulanıb. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).