Abe yenidən sədr seçildi


Dünya 20 Sen 2018 23:24:00 298 0

Abe yenidən sədr seçildi

Yaponiyanın Baş naziri Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

Kyodo agentliyinin yaydığı xəbərə görə, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.

Son.az TRT-yə istinadən bildirir ki, Abe partiya sədri seçildikdən sonra çıxış edərək: "İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək" ifadələrini işlətdi.