Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb
Digərləri 20 Sen 2018 23:11:00 212 0
Axşam saatlarında Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü yerli sakin Salamov Sahib Möhlüd oğlu minik maşını ilə Şəki-Marxal yolunda hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobili yolun kənarındakı çökəkliyə aşırıb.
Nəticədə M.Salamov və Şirvan şəhərindən olan 1997-ci il təvəllüdlü sərnişin Əmrahova Ceyhunə Arif qızı aldıqları bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir.
Xəsarət alan 21 yaşlı Ceyhunə Əmrahova Pedaqoji Universitetin Şəki filialının tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az