Çox duzlu qidalar nələrə səbəb olur?


Digərləri 20 Sen 2018 23:15:00 254 0

Çox duzlu qidalar nələrə səbəb olur?

Sağlamlıq baxımından əhəmiyyətli olan bu vəziyyəti Amerikalılar 61 uşaqla reallaşdırdıqları bir araşdırmayla ortaya qoydu. Bir neçə aylıqkən yumşaq çörək, əzilmiş kartof ya da bənzər duzlanmış yetkin yeməyi yeyən körpələr, məktəbdən əvvəl çağda duzlu yeməkləri daha çox sevir. Halbuki az duzlu körpə maması və ya meyvəylə bəslənən körpələrdə duzlu yeməyə düşkünlük inkişaf etmir.

Körpələr doğulduqlarından etibarən acı qidaları ağızlarından püskürdüb, şirin qidaları seçərkən, duzlulara qarşı bir az laqeyd qalır. Bu reaksiyanın dəyişib-dəyişməyəcəyi körpələrin ilk aylarında nə yediklərinə bağlıdır. Bu fərq altı aylıqdan etibarən diqqətə çarpan bir şəkildə özünü göstərməkdədir.

O zamana qədər duz məzmunlu qidalar yeyən körpələr, əmzikdə saf içmə suyu yerinə duzlu su içməyi seçir. Eyni uşaqlarla məktəbdən əvvəl çağda edilən yeni testlər nəticəsində də uşaqlar, şəkər və şokolad yerinə cips və duzlu krakerləri seçdiklərini söyləyiblər. Araşdırmaçılara görə ilk uşaqlıq dövründə əldə edilən bəslənmə vərdişi, yetkinlərin az duzlu yeməklərə alışmalarının nə üçün bu qədər çətin olduğunu açıqlamaqdadır

Mütəxəssislərə görə, çox duzlu yemək aşağıdakıların riskini artırır:

Beyin qanaması

Qan-damar xəstəlikləri