Əvvəllər ziyanlı sayılan faydalı məhsullar


Digərləri 20 Sen 2018 23:05:00 237 0

Əvvəllər ziyanlı sayılan faydalı məhsullar

Dietoloqlar maraqlı araşdırma aparıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, mütəxəssislər vaxtilə zərərli bilinən, lakin insan orqanizmi üçün heç də ziyanlı olmayan və hətta çox faydalı olan məhsulların adını açıqlayıblar.

Siyahıda birinci yumurta gəlir. Mütəxəssislər bildirir ki, insan hər gün yumurta yeməlidir. Yumurtanın tərkibində B12 vitamini və orqanizm üçün xeyirli mikroelementlər var.

Kərə yağı da mütləq yeyilməli qidalar siyahısındadır. Yağın və südün içində olan yağlar maddələr mübadiləsinə təsir edir.

"Ağ ölüm" adlandırılan duzu da qidalanmadan tam çıxartmaq olmaz. Bu orqanizmdə duz balansının pozulmasına və hətta ölüm riskinin artmasına səbəb ola bilər.