Kofeinsiz qəhvə necə əldə olunur?


Digərləri 20 Sen 2018 22:35:00 260 0

Kofeinsiz qəhvə necə əldə olunur?

Bəziləri qəhvənin dadını çox bəyənsə də tərkibindəki kofeindən narahat olduğuna görə kofeinsiz qəhvəyə üstünlük verir. Amma qəhvəni kofeindən təmizləmək prosesi təxmin edildiyi qədər asan deyil.

Kofeini ilk dəfə XIX əsrdə alman kimyagəri Friedlien Ferdiand Runge kəşf edib. Runge quşüzümü kimi tanınan çöl meyvəsindəki bir maddənin həzm edilməsi nəticəsində göz əzələlərinin genişləndiyini aşkar edib. Onun bu fəaliyyətindən xəbərdar olan məhşur alman yazarı Goethe, eyni zamanda elmlə də maraqlandığı üçün Runge ilə əlaqə saxlayaraq ona hədiyyə edilən qəhvə tumlarını araşdırmasını istəyib.

Beləliklə, müasir dünyada ən çox istehlak edilən oyandırıcı kofein kəşf edilib. Kofein təkcə qəhvədə deyil, çay və şokoladda da var. Oyandırıcı və iştah kəsici xüsusiyyətə sahibdir. Bu səbəblə tələbələr və oyaq qalmaq istəyənlər daha çox qəhvədən istifadə edirlər. Lakin kofeinin narahatlıq, yuxusuzluq, ishal, həddən artıq tərləmək, sürətli nəbz və əzələ titrəməsi kimi mənfi təsirlərinin də ola biləcəyi məlumdur.

Bu təsirlərə məruz qalmaq istəməyənlər bu səbəbdən kofeinsiz qəhvədən istifadə edirlər. Bəs kofein qəhvədən necə təmizlənir? Bu təxmin edildiyi qədər asan bir prosses deyil.

Təsadüflərin rolu

Kofeini qəhvədən ayırmaq prossesi yenə də bir alman tərəfindən, Kaffee HAG adlı şirkətin sahibi Ludwig Roselius tərəfindən təsadüfən kəşf edilib. 1903-cü ildə dəniz yolu ilə qəhvə tumu idxal edərkən yüklərə dəniz suyu sızıb. Bu vəziyyət qəhvənin dadını dəyişməsə də, kofeinin ayrılıb axmasına səbəb olub.

Roselius bunu istehsal sistemində tətbiq edərək əvvəlcə tumları bəzi turşularla birlikdə buxara tutmuş, son mərhələdə isə benzoldan istifadə edərək kofeindən ayırmışdı. Beləliklə, kofeinsiz qəhvə yaradılıb.

Lakin benzolun kanserogen xüsusiyyəti meydana çıxanda yeni üsullar üzərində dayanıldı. Bunların bir qismi bu gündə istifadə olunur. Lakin bu çox da asan prosses deyil. Qəhvə şirkətləri bu prossesi özləri etmirlər. Sadəcə bu iş üçün yaradılmış şirkətlərin çoxu Avropa, Kanada, ABŞ və Cənubi Amerikadadır.

Qəhvə tumları qovrulmadan əvvəl kofeindən təmizlənir

Əridicilərlə təmizləmə