"Sportinq" - "Qarabağ": Start heyətləri açıqlanıb


Digərləri 20 Sen 2018 22:31:18 292 0

"Sportinq" - "Qarabağ": Start heyətləri açıqlanıb

Avropa Liqasında qrup mərhələsinin ilk tur matçında Portuqaliyada üz-üzə gələcək "Sportinq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Bakı. Tural Turan - Avropa Liqasında qrup mərhələsinin ilk tur matçında Portuqaliyada üz-üzə gələcək "Sportinq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb. Trend-in məlumatına görə, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək. Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb. "Sportinq": Roman Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodriqo Battalya, Luiş Nani (k.), Rafinya, Jeremi Matye, Nemanya Qudel.