“Münaqişənin dinc yolla həllini istəyirik” –


Dünya 20 Sen 2018 22:26:00 285 0

“Münaqişənin dinc yolla həllini istəyirik” –

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin sədri Ara Babolyan deyib.

Onun sözlərinə görə, münaqişənin diplomatik müzakirələrlə həlli Ermənistan parlamentinin diqqət mərkəzindədir:

"Hazırda parlament və millət vəkillərimizin əsas maraq nöqtəsi Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əlbəttə, bu məsələnin dinc yolla həlli də bizim əsas hədəfimizdir".

Qeyd edək ki, Ara Babolyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi Aşot Qulyanla görüşüb. Görüş İrəvanda baş tutub.