Normal yuxu üçün nələri etmək olar?


Digərləri 20 Sen 2018 22:15:00 303 0

Normal yuxu üçün nələri etmək olar?

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə, 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.

Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.

Yuxunu normallaşdırmaq üçün sizə bəzi alimlərin dediyi tövsiyələri təqdim edirik:  

1) Hər gün eyni vaxtda yatıb-durmaq lazımdır.

2) Gecə gəzintisi və duş qəbul etmək kömək edir.

3) Yatmazdan heç olmazsa 3 saat əvvəl şam etmək olar.