“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək


Dünya 20 Sen 2018 21:48:00 216 0

“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

Türkiyənin antiinhisar komitəsi "Google" şirkətini 93 milyon türk lirəsi (15 milyon dollar) məbləğində cərimə etmək barədə qərar qəbul edib.

Son.az oxu.az-a istinadən bildirir ki, belə qərara səbəb mobil qurğular üçün proqram təminatı sahəsində rəqabət haqqında mövcud qanunvericiliyin pozulmasıdır.

Cərimə "Google", "Google International" və "Google Reklamcilik" şirkətlərinə tətbiq edilib.