Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü


Dünya 20 Sen 2018 21:49:00 241 0

Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü

Avropa Birliyi (AB) "Facebook" sosial şəbəkəsinə ultimatum irəli sürüb və bəyan edib ki, şirkət 2018-ci ilin sonuna qədər fərdi məlumatların işlənmə qaydasını yeni Avropa reqlamentinə uyğun dəyişdirməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, Avropa komissarı Vera Yurova "səbrinin tükəndiyini" söyləyib.

"Mən əbədi olaraq danışıqlar aparmaq niyyətində deyiləm", - komissar deyib.

Onun sözlərinə əsasən, AB sözügedən məsələdə inkişaf görməsə, sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.