İmam Hüseynin 10 xüsusiyyəti


Digərləri 20 Sen 2018 21:10:00 208 0

İmam Hüseynin 10 xüsusiyyəti

Hər bir dahi şəxsiyyəti yaxşı tanımaq üçün onun yaxınlarına sorğu-sual etmək lazımdır. Məsum İmamların (ə) sorağına gedərək, İmam Hüseyni (ə) tanıyaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyni (ə) bizlərə tanıdan Məsum İmamların (ə) içərisində İmam Məhdi (ə.f) də vardır. Mərhum Abbas Qumi "Nəfsi məhmum" kitabında İmamın (ə.f) dilindən İmam Hüseyni (ə) bizlərə tanıdır.

Belə ki, İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: "Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin".

İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır.

1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi.

2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı.

3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi.

4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi.