Azərbaycanlı aktrisadan sevgi ETİRAFI: "Sevdiyim şəxs üçün..." FOTO


Kriminal 20 Sen 2018 21:12:00 525 0

Azərbaycanlı aktrisadan sevgi ETİRAFI: "Sevdiyim şəxs üçün..."  FOTO

  Aktrisa Asya Atakişiyevanın Son.az-a müsahibəsi.

- Asya, yeni mövsümə hansı yeniliklərlə qayıtdınız?

- Bu günlərdə İzzət Bağırovun ssenari müəllifi və prodüseri olduğu "Ümidlər puç olanda" filminin təqdimatı olacaq. Ekran işinin rejissoru Samir Qulamovdur. Mən bu filmdə İzzətin bacısı Zeynəb rolunu oynayıram. Zeynəb saf, təmiz, ürəyiyumuşaq bir qızdır. Filmdə sevgi dramından bəhs edilir. İzzət özü də filmdə Cavad obrazını oynayır. Filmin təqdimatı oktyabrın 8-də olacaq.

- Dəyişkən bir obrazdır?

- Bəli, dəyişkən obrazdır. Zeynəb evin tək qızı olduğu üçün bir az çılğındır.

- Ümumiyyətlə xarakterinizə yad olan rollarda çəkilmək sizə çətin deyil ki?

- Əslində, rejissorlar heç vaxt mənə xarakterimə yad olan obrazlar verməyib. Elə rol var ki, xarakterimə uyğun deyil, amma o obraz yad da sayılmır. Onsuz da, hər bir rol çətindir.

- Kompleksli aktrisasınız, yoxsa bu kənardan belə görünür?

- Kompleksli deyiləm, həyatda utancağam. Amma səhnəyə, ya da kamera qarşısına keçəndə mən ifa etdiyim obraz oluram.

- Utancaqlığınız üzündən olubmu ki, çəkiliş meydançasını tərk edəsiniz?

- Xeyr, heç bir çəkiliş meydançasını tərk etməmişəm. Çəkiliş meydançasını tərk etmək üçün hörmətsizlik görməliyəm. Bu hörmətsizliyi də heç vaxt görməmişəm.

- Bir aktrisada, ilk öncə, hansı xüsusiyyət olmalıdır?

- Ürək olmalıdır.

- Asya hansı rollara çəkilməz?

- Çəkilmədiyim rolları mənə heç təklif də etmirlər. Bu barədə şanslıyam.

- Sizi digər həmkarlarınızdan fərqləndirən əsas xüsusiyyət nədir?