Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir VİDEO


Digərləri 20 Sen 2018 21:13:00 245 0

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir  VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Bu gün təlimlərdə gündüz vaxtı döyüş atışları həyata keçirilib. Müxtəlif növ qoşun birləşmələrinin cəlb edildiyi təlimlərdə şərti düşmən hədəfləri peşəkarlıqla məhv edilib. Ordumuz poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışlarını icra edib. Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyinin də izlədiyi təlimlərdə qoşunların peşəkarlığı və şəxsi heyətin hazırlığı yüksək qiymətləndirib.