Azərbaycanda unikal arxeopark yaradılır VİDEO


Digərləri 20 Sen 2018 21:14:00 209 0

Azərbaycanda unikal arxeopark yaradılır  VİDEO

Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gəncə şəhəri ətrafında aparılan son tədqiqatlar onu göstərib ki, burda açıq havada kurqanlardan ibarət arxeoparkın yaradılması üçün əlverişli şərait var. Unikal arxeoparkın yaradılması həm yerli əhalinin, həm də turistlərin diqqətini çəkə bilər. Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, arxeoparkın yaradılması italiyalı alimlərin diqqət mərkəzindədir. Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatlar aparılır. Arxeoparkın yaradılması isə Azərbaycanda bir ilk olacaq. Bəxtiyar Cəlilov onu da qeyd etdi ki, bu parkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq.