Ən faydalı yemək


Digərləri 20 Sen 2018 21:15:00 288 0

Ən faydalı yemək

Dilimizdə yaxşı bir misalı var - "Səhər yeməyini özün ye". Sən demə bu çox doğru sözdür. Çünki səhər yeməyi gün ərzində ən faydalı, arıqlamağa kömək edən qidadır. Belə ki, səhər nə qədər yaxşı yesəniz, gün ərzində artıq kalori yığmayacağınıza zəmanət almış olursunuz. Səhər yeməyini ötürmək, bir fincan çay və ya kofe ilə yola vermək isə artıq çəki toplamağa kömək edir.

Amerikalı diyetoloqlar bir il ərzində yüzlərlə insanın qidalanma rejimini araşdırıblar. Məlum olub ki, səhər yeməyindən imtina edənlər çəki artırmağa daha çox meyillidirlər. Onlarda piylənmə, pis xolestrola sahib olmaq riski yüksəkdir. Səhər yeməyinə kifayət qədər vaxt ayıranlarda isə bu meyillik daha az olub. Bundan əlavə onlar sonrakı qida qəbulu zamanıda az yeyiblər. Belə ki, yeməyənlər yeyənlərə nisbətən gün ərzində 12 faiz daha çox kalori qəbull edir.

Eksprement nəticəsində bəlli olub ki, səhər yeməyini ötürənlər nahar və şam yeməkləri zamanı daha yağlı yeməklərə,fast fuda üstünlük verirlər. Belə insanların sağlamlıqlarında da ciddi problemlər ola bilir. Xüsusilə mədə bağırsaq sistemi, təzyiq, yuxusuzluq. Bununda səbəbi aydındır: səhər yeməyi yeməyən insanlar adətən axşam saat 21:00-dan sonra şam edirlər. Nəticədə onlar dolu mədə, ağırlıq hissi ilə yatırlar. Buda yuxarıda qeyd edilən problemlərin yaranmasına yol açır.