"Ailəmdən dəyərli heç nə yoxdur"


Şou-biznes 20 Sen 2018 20:56:00 274 0

"Ailəmdən dəyərli heç nə yoxdur"

Bu gün "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, keçmiş müğənni təəssüratlarını İnstaqram səhifəsində paylaşıb. Həyat yoldaşı Fərhad Əliyevlə şəklini yayımlayan Safurə səhnə üçün heç darıxmadığını deyib:

"Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi.  Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata... Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.