Hadisə bacıları haqqında hər şeyi etiraf etdi –


Digərləri 20 Sen 2018 19:57:00 283 0

Hadisə bacıları haqqında hər şeyi etiraf etdi –

"Təbii ki, çətinliklər var, amma onlar mənim canımdır, ailəmdir. Ailə deyəndə gözlərim dolur. Əməkdaşlıq etsək də, onlar mənim canımdır. Məhkəmə xəbərləri doğru deyil. Mən ana-atamı utandıracaq iş etmərəm. Şəxsi həyatımı gizli saxlamağa çalışıram. Gecələr yatmağa qoymayan hadisələr baş verdi. Sizin qarşınıza çıxıb heç bir şey yoxdur desəm, yalan olar. Siz mənim səmimiyyətimi bilirsiniz. Çox səmimi şəkildə deyirəm ki, bəli, çətinliklər var, ancaq biz bunları həll edəcəyik. Hər bir ailə kimi biz də özümüzü toparlayacağıq".

Son.az publika-ya istinadən xəbər verir ki, bu sözləri bacıları ilə münasibtələri korlanan müğənni Hadisə ailəsi haqqında danışarkən deyib. Anasının intihar təşəbbüsündən sonra bacıları ilə biznes əlaqələrini kəsən sənətçi son aylarda yaşadığı çətinliklərdən danışarkən gözləri dolub.

Xatırladaq ki, keçən ay Hadisənin anası vida məktubu yazaraq intihara cəhd etmişdi. Gülnihal qızlarının aralarındakı pul məsələlərindən və mübahisələrdən bezdiyini yazaraq onları layiqli övlad ola bilməməkdə ittiham etmişdi. Bundan sonra Hadisənin bacısı Hülya Gözüaçıkla çalışmayacağı xəbərləri yayılmışdı. Lakin Hülya Açıkgöz təkzib verərək bu xəbərlərin yalan və əsassız olduğunu bildirmişdi.