ABŞ səfirliyinin hərbi attaşesi: "Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik"


Siyasət 20 Sen 2018 19:59:00 240 0

ABŞ səfirliyinin hərbi attaşesi: "Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik"

Bakıda Amerika Birləşmiş Ştatlarının Hava Qüvvələrinin yaradılmasının 71-ci ildönümü qeyd olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Son.az-a verilən məlumata görə, səfirliyin hərbi attaşesi polkovnik Adam Kavlik bununla bağlı təşkil olunan ziyafətdə Azərbaycan Hava Qüvvələrinin təmsilçiləri də daxil olmaqla gələn qonaqları salamlayaraq ABŞ-Azərbaycan hərbi əməkdaşlığı barədə cıxış edib:

"Azərbaycanla Əfqanıstanda keçirdiyimiz fəaliyyət, qlobal terroçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etdirmək niyyətindəyik".