Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görülüb


Digərləri 20 Sen 2018 19:54:00 253 0

Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görülüb

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub.

Bakı. Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub. Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, diplomat Mərkəzlə Argentina səfirliyinin birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib: “Son 3 il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Mariya Elena Valşın “Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işləri başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.