Bu il itləri gömrükdə 882 kq narkotik tapıblar


Kriminal 20 Sen 2018 19:40:00 321 0

Bu il  itləri gömrükdə 882 kq narkotik tapıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində "MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" başlayıb.

DGK-dan Son.az-a verilən məlumata görə, yarışlarda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus gömrük xidmətlərinin komandaları da iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, Azərbaycan gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur. Gömrük orqanlarında son dövrlərdə aparılan islahatların və modernləşdirmə siyasətinin ölkəmizdə yerli istehsalın və ixrac potensialının stimullaşdırılmasında, daxili bazarın qorunmasında mühüm rol oynadığını diqqətə çatdıran Ə.Abdullayev vurğulayıb ki, məqsəd münbit ticarət mühitinin yaradılması, beynəlxalq ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır.

Azərbaycan gömrük xidmətinin qaçaqmalçılıq faktlarının aşkar edilməsində mühüm rol oynayan xidməti axtarış itlərinin yetişdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran Ə.Abdullayev, bu məqsədlə Kinoloji Mərkəzdə müasir standartlara uyğun infrastrukturun qurulduğunu və 2015-ci ildən Kinoloji Mərkəzin Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusu aldığını vurğulayıb.

O da qeyd olunub ki, cari ilin 8 ayı ərzində kinoloqların və kinoloji xidmət itlərinin səmərəli fəaliyyəti nəticəsində xidməti axtarış itləri tərəfindən gömrük sərhədindən qaçaqmalcılıq yolu ilə keçirilməyə cəhd göstərilən 882 kq narkotik vasitə, 20 400 ədəd müxtəlif markalı tütün məmulatları aşkar edilib.