"Ağzıgöyçəklər başqa yerə yozmasınlar"


Şou-biznes 20 Sen 2018 19:14:00 226 0

"Ağzıgöyçəklər başqa yerə yozmasınlar"

Xəbər verdiyimiz kimi, bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Son.az baku.ws-ə istinadən xəbər verir ki, bu münasibətlə rəqqasə Fatimə Fətəliyeva paytaxt sakinlərinə ehsan verib.  Salonunun yerləşdiyi küçədən keçənlərə hədik paylayan rəqqasə "Instagram"da paylaşım edərək, bunları yazıb: "Allah qəbul eləsin! Paylaşmaqda məqsədim o demək deyil ki, reklam edirəm. İmkanı olan şəxslər hər zaman ehsan verib, yoxsula əl tutmalıdır. İnsan paylaşmağı bacarmalıdır. Ağzıgöyçəklər başqa yerə yozmasınlar".