Müğənni Vüsal Əliyevə efirdə AĞIR İTTİHAM:


Digərləri 20 Sen 2018 17:57:13 306 0

Müğənni Vüsal Əliyevə efirdə AĞIR İTTİHAM:

Bu gün "Səni axtarıram" proqramında orta yaşlı bir qadın müğənni Vüsal Əliyevin 15 il əvvəl ona qarşı dələduzluq etdiyini deyib.

Son.az xəbər verir ki, qadının dedikləri studiyadakıları məəttəl qoyub:

"Müğənni Vüsal Əliyevə 15 il əvvəl 1300 dollar pul vermişəm. Guya ki gəlib mənim bacım qızına evdə əlavə musiqidən dərs keçəcəkdi. Biz savadsız olmuşuq, bilməmişik onun musiqi təhsili var, ya yoxdu. Bu olub Sumqayıt şəhəri, 10-cu mikrorayonda. Əlimdə ona pul verdiyimlə bağlı amma heç bir sənədim yoxdur. O vaxtı borc verməyə nə sənəd?! Evimizdə qonaq olub. 1 aydı efirdə görürəm onu. Bunu yoldaşımdan gizlədirdim. Əlildi, başında qəlpə var, xəstədi. Yoldaşımdan xəbərsiz ona o pulu vermişdim".