Real-ın kapitanı rekord vurdu


İdman 20 Sen 2018 17:45:00 300 0

Real-ın kapitanı rekord vurdu

Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının ən çox sarı vərəqə alan futbolçusu olub. Goal.az xəbər verir ki, son olaraq dünən "Roma"ya qarşı matçın 23-cü dəqiqəsində xəbərdarlıq alan komandanın kapitanı bu turnirdəki sarı vərəqələrinin sayını 37-yə yüksəldib. Bununla da o, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulzu geridə qoyaraq (36) bu göstəricidə birinci olub.

Ramos La Liqada da ən çox sarı vərəqə alan futbolçudur (162).