Şəki veteran hərakatın ön sırasındadır (FOTO)


Digərləri 20 Sen 2018 17:33:00 297 0

Şəki veteran hərakatın ön sırasındadır (FOTO)

Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüş olub.

Bakı. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Şəki şəhərində Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüşüblər. Görüşdə müharibə, əmək veteranları, ziyalılar və yerli dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və yerli icra hakimiyyəti orqanları ilə birgə işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımı köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilib. Şəki şəhər Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov tədbiri açaraq cari ildə görülən işlər, veteran təşkilatının fəaliyyətinin daha da canlandırılması, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr, digər planlar barəsində ətraflı məlumat verib. " Hörmətli qonaqlar Şəkidə sizləri salamlamaq bizim üçün xoşdur. Şəki hər sahədə ölkəmizin qabaqcıl şəhərlərindən biridir. Qədim tarixə malik Şəki zamanın sınağından çıxıb. Onun sakinləri vətənpərvərliyi, işgüzarlığı, səmimiyyəti ilə seçilir. Respublikanın ən qabaqcıl regionlarından olan Şəkidə veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğı göz önündədir. Şəki şəhər Veteranlar Təşkilatında yaradılmış şərait yüksək səviyyədədir. Bizim həyata keçirdiyimiz tədbirlərin səviyyəsi və əhatə dairəsinə görə daim fərqlənir. Veteranların ictimai-siyasi proseslərdə və vətənpərvərlik tərbiyəsinin təşkilində iştirakı ürəkaçandır. İcra Hakimiyyətinin tədbirləri, eləcə də digər tədbirlərdə veteranların iştirakı artıq zərurətə çevrilib. Biz veteranlar daim xalqımıza, dövlətimizə sadiqik və bunu əməllərimizlə göstərir və hər zaman göstərəcəyik”. T.Ağahüseynov veteranlarla səmimi söbət edərək, onların qarşısında duran vəzifələrdən və gənc nəslin vətənpərvərlik tərbiyəsində veteranların daha yaxından iştirak etmələrinə dair tapşırıqlarını verib.