Masazırda 2 mərtəbəli ev yandı


Digərləri 20 Sen 2018 17:22:00 237 0

Masazırda 2 mərtəbəli ev yandı

Masazırda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 120 kv.m olan kürsülü, ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.