Xalq artisti “Qardaşlar”ı topa tutdu: “Ayıbdır”


Digərləri 20 Sen 2018 17:12:00 316 0

Xalq artisti “Qardaşlar”ı topa tutdu: “Ayıbdır”

Xalq artisti, tanınmış aktyor Ənvər Həsənov yerli serialları tənqid atəşinə tutub.

Son.az yenicag-a açıqlama verən aktyor onu qane etmədiyi üçün seriallara çəkilməkdən imtina etdiyini də bildirib:

"Məni bir neçə dəfə seriallara dəvət etdilər. Dedim ki, ssenarini göstərin, qane etsə, gəlim çəkilim. Dedilər ki, gəlin, çəkiliş meydançasında mətni verərik, oxuyarsınız. Razılaşmadım, necə yəni, mən çəkildiyim rol barədə çəkiliş meydançasında xəbər tutmalıyam? Açığı, bu gün çəkilən seriallar məni qane etmir. "Qardaşlar", "Bacanaqlar", o nə seriallardır çəkirlər?