Aşurada 2403 litr qan tədarük olunub


Digərləri 20 Sen 2018 17:16:00 309 0

Aşurada 2403 litr qan tədarük olunub

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyasında 5340 nəfər qan verib.

Son.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, saat 16.00-a olan məlumata əsasən, 2403 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.