Azərbaycan yığma komandası Polo üzrə Avropa çempionatına böyük qələbə ilə başlayıb (FOTO)


Digərləri 20 Sen 2018 17:11:00 292 0

Azərbaycan yığma komandası Polo üzrə Avropa çempionatına böyük qələbə ilə başlayıb (FOTO)

Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib.

Bakı. Bu gün İtaliyanın Siyene şə­hərində start götürmüş Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib. Trend-in məlumatına görə, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığ­ma­mızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha çox fərqləniblər. Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Oru­cov turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyu­nundan razı qalmasını bildirib.