ABŞ Səfirliyinin hərbi attaşesi: “Azərbaycanla mühüm əməkdaşlığımızı davat etmək niyyətindəyik”


Siyasət 20 Sen 2018 16:58:36 276 0

ABŞ Səfirliyinin hərbi attaşesi: “Azərbaycanla mühüm əməkdaşlığımızı davat etmək niyyətindəyik”

Bakıda Amerika Birləşmiş Ştatların Hava Qüvvələrin Yaradılmasının 71-ci ldönümünü qeyd olunub

Bakıda Amerika Birləşmiş Ştatların (ABŞ) Hava Qüvvələrin Yaradılmasının 71-ci ldönümünü qeyd olunub.

Bu barədə"Report"a ABŞ-ın Azərbaycandakısəfirliyindən məlumat verilib.

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyinin Hərbi Attaşesi polkovnik Adam Kavlik bununla bağlı təşkil olunan ziyafətdə Azərbaycanın Hava Qüvvələrinin təmsilçiləri də daxil olmaqla gələn qonaqları salamlayaraq ABŞ-Azərbaycan hərbi əməkdaşlığına dair cıxış edib. “Azərbaycanla Əfqanıstanda keçirdiyimiz fəaliyyət, qlobal terroçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etmək niyyətindəyik”, - deyə, o bildirib.