"Run Film" informasiya müharibəsində yeni cəbhə açır Azərbaycanda daha bir ilk olacaq VİDEO FOTO


Digərləri 20 Sen 2018 16:45:00 237 0

"Run Film" informasiya müharibəsində yeni cəbhə açır  Azərbaycanda daha bir ilk olacaq  VİDEO  FOTO

"Run Group" şirkətinin media layihəsi olan "Run Film" Azərbaycanda tarixi janrda bədii film çəkməyi planlaşdırır. Bu, Azərbaycanda ilk dəfə olaraq xalq filmi olacaq. Yəni istənilən Azərbaycan vətəndaşı onun ərsəyə gəlməsinə dəstək ola biləcək. 

Film "İrəvan xanlığı" adlanır. Çəkilişlərinə 2019-cu ilin əvvəlində başlanacaq filmin istehsalı üçün xaricdən ən müasir texnika gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsinə bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan Hollivud şirkətlərinin cəlb olunacaq. Bununla bağlı müvafiq müqavilələr bağlanıb. 

Filmin baş prodüsseri Rəşad Cəfərov, baş rejissoru isə Namik Ağayevdir. Artıq "İrəvan xanlığı"nın senarisi hazırdır, hətta aktyorların kastinqi də aparılıb. Filmdə rolları azərbaycanlılarla yanaşı bir sıra ölkələrin tanınmış aktyorları da oynayacaq. 

"İrəvan xanlığı" filmdə hər hansı kiçik yanlışlıqlara belə yol verilməməsi və ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film" bir sıra dövlət qurumları və elmi təsisatlara rəy almaq üçün müraciət edib. Bundan sonra böyük bir ərazidə İrəvan xanlığının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı xan sarayının kiçik modeli inşa ediləcək. 

Filmdəki xüsusən döyüş kadrlarının əks olunacağı 15-20 min nəfərlik kütləvi səhnələr kompüter qrafikasının köməyi ilə deyil, məhz canlı, real insanların iştirakı ilə çəkiləcək. Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə dəstək olmaq istəyən hər bir vətənpərvər azərbaycanlı filmin ərsəyə gəlməsinə maddi baxımdan yardım edə, eləcə də kütləvi səhnələrdə könüllü olaraq çəkilə biləcək.  


Xəbərə aid fotolar