Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib FOTO


Digərləri 20 Sen 2018 16:26:00 280 0

Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib  FOTO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Təlimlərdə, həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.


Xəbərə aid fotolar