Xalq artisti efirdə ağladı Atası vəfat etdiyi gün...


Şou-biznes 20 Sen 2018 16:04:00 246 0

Xalq artisti efirdə ağladı  Atası vəfat etdiyi gün...

Xalq artisti Gülyanaq Məmmədova ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, müğənni efirdə atasının vida mərasiminə çatmadığını etiraf edib. G.Məmmədova göz yaşları içində bunları dilə gətirib:

"Səfərdə olduğuma görə atamın vida mərasimində iştirak edə bilmədim. Mən təyyarədən enən kimi jurnalistlər zəng edib dedilər ki, Allah rəhmət etsin. Elə bildim əmim rəhmətə getdi. Deyəndə ki, atam rəhmətə gedib, dedim ki, axı atam sağdır, siz nə danışırsınız. Özüm də axşam dövlət tədbirində oxumalıydım. Çox pis vəziyyətdə qaldım. Mən konsertdə məcbur idim oxumağa. Oxumalıydım və məcbur oxudum". Xatırladaq ki, xalq artisti Gülyanaq Məmmədovanın atası Zakir Məmmədov bu ilin mart ayında dünyasını dəyişib.