Millət vəkili: "Əks təqdirdə, Paşinyanı sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər"


Siyasət 20 Sen 2018 15:48:08 242 0

Millət vəkili: "Əks təqdirdə, Paşinyanı sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər"

Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyəti ələ alan Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən sərsəm fikirləri və Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə əslində elə "küçə siyasətçisi" səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdiridi:

"Çünki Ermənistanda hamının bildiyi bir həqiqət var ki, əgər havadarları əllərini bu ölkənin üstündən çəksə, Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı ilin aprel döyüşlərindən Ermənistan əhalisinin əksəriyyəti zəruri əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasətçilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələri ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı bəyanatlarını özünə siyasi sipər etmək istəyir".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə yüksəldir:

"Cənab Prezident Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı. Prezident İlham Əliyev qeyd etdi: "Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər". Yaxşı olar ki, Paşinyan sərsəm açıqlamalar səsləndirmək əvəzinə Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün. Əks təqdirdə, onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər".