"Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir"


İdman 20 Sen 2018 15:16:00 379 0

"Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir"

"Qarabağ" Ermənistanla müharibə nəticəsində qaçqın düşən insanlarla bağlı keçmişə sahibdir. Bu səbəbdən, ev oyunlarını Bakıda oynayır". Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Portuqaliyanın "A Bola" qəzetinə müsahibəsində deyib.

32 yaşlı qolkiper komandası barədə də fikirlərini bölüşüb: "Klub çox böyüyüb. Bu gün Azərbaycanda ən böyük klubdur. Möhtəşəm bir sistemə malikdir. Deyə bilərəm ki, "Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və özünü yaxşı tərəfdən göstərə bildi". 

Bu gün Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sporting" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.