Zəyəmçay yenidən qurulur


Digərləri 20 Sen 2018 14:49:48 264 0

Zəyəmçay yenidən qurulur

Tovuz rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2 layihə icra edilir.

Son.az xəbər verir kİ, bu barədə özəl olaraq Trend-də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Tovuz şəhərində yeni su təchizatı infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən 14 milyon manat ayrılıb: "Bu vəsait hesabına Zəyəmçay su mənbəyinin yenidən qurulması və su mənbəyindən Tovuz şəhərinə magistral kəmərin tikintisi nəzərdə tutulub.

Layihəyə əsasən, Zəyəmçayın yatağında üfüqi suqəbuledici qurğu inşa edilir. Buradan saniyədə 80-100 litr suyun götürülməsi nəzərdə tutulub. Hazırda qurğunun tikintisi işləri davam etdirilir.

Buradan götürülən suyun Tovuz şəhərinə özüaxımlı rejimdə çatdırılması məqsədilə 26 km uzunluğunda 530 mm diametrli polad magistral su xəttinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin inşasına başlanlıb və indiyədək kəmərin 13 km-lik hissəsi inşa edilib. Tikinti-quraşdırma işlərinin cari ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur. Yeni su mənbəyi istismara verildikdən sonra Tovuz şəhəri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq".