Neymar-Mbappe-Kavani - onlar qəhrəman deyil, eqoistdirlər


İdman 20 Sen 2018 14:34:00 253 0

Neymar-Mbappe-Kavani - onlar qəhrəman  deyil, eqoistdirlər

Fransa millisinin sabiq hücumçusu Jan-Pyer Papen PSG-nin hücum triosunu - Neymar, Mbappe, Kavani - tənqid edib.

Goal.az xəbər verir ki, o futbolçuları komandanı deyil, şəxsi mənafelərini düşünməkdə ittiham edib:

"PSG_də onlar qəhrəman deyillər, eqoistdirlər. Həlledici anlarda komandaya faydalı olmaqdansa, öz şəxsi statuslarını üstün tuturlar. Xaricdə oynayan ulduzlarla, Fransda oynayanlar arasında fərq var. Burda onları birlikdə idarə etmək olmur.

Niyə Liverpool futbolçuları ilə mübarizə apara bilir, biz yox? Neymar Barcelona-da oynayanda zaman-zaman onu müdafiədədə görürdük".

Xatırladaq ki, PSG Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda Liverpool-a 2:3 uduzub.