Zəyəmçay su mənbəyi yenidən qurulur (ÖZƏL)


Digərləri 20 Sen 2018 14:29:57 276 0

Zəyəmçay su mənbəyi yenidən qurulur (ÖZƏL)

Tovuz rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2 layihə icra edilir.

Bakı. Samir Əli - Tovuz rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2 layihə icra edilir. Bu barədə özəl olaraq Trend-də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, Tovuz şəhərində yeni su təchizatı infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən 14 milyon manat ayrılıb: "Bu vəsait hesabına Zəyəmçay su mənbəyinin yenidən qurulması və su mənbəyindən Tovuz şəhərinə magistral kəmərin tikintisi nəzərdə tutulub. Layihəyə əsasən, Zəyəmçayın yatağında üfüqi suqəbuledici qurğu inşa edilir. Buradan saniyədə 80-100 litr suyun götürülməsi nəzərdə tutulub. Hazırda qurğunun tikintisi işləri davam etdirilir.