Qubada tikintisi başa çatmamış məktəb yandı


Digərləri 20 Sen 2018 14:24:08 238 0

Qubada tikintisi başa çatmamış məktəb yandı

Qubada dağ kəndində tikintisi başa çatmayan modul tipli natamam orta  məktəb gecə yanıb.

Son.az qafqazinfo-ya stinadən xəbər verir ki, hadisə Çarxaçu kəndində baş verib. Yanğına səbəb kimi elektrik xətlərində qısaqapanma göstərilir. 

Yanğın olan əraziyə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər gəlib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.