Mourinyo süni meydançadan gileyləndi


İdman 20 Sen 2018 13:18:00 349 0

Mourinyo süni meydançadan gileyləndi

Manchester United-in baş məşqçisi Joze Mourinyo Young Boys-la oyundan sonra verdiyi açıqlamada oyunun süni meydançada keçirilməsindən gileylənib.

Goal.az xəbər verir ki, Mourinyo bu amilin futbolçuların zədələnməsinə səbəb olacağını qeyd edib:

"Oyundən əvvəlki məşqdən sonra futbolçuların bəziləri ağrıdan şikayətlənirdilər. İngilətərədə onlar məşqdə belə, təbii ot örtüklü meydançalardn istifadə edirlər. Təbii meydanda oynamaq daha gözəl futbola imkan yaradır. İndi oyun başa çatandan sonra onu deyə bilərəm ki, başa düşmürəm Çempionlar Liqası matçı süni meydançada necə keçirilə bilər?"

Xatırladaq ki, sözügedən qarşılaşma Manchester United-in 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.