Əməkdar artistin qızı: "Məni o xəbərin altına təq edib, üzgün işarəsi qoymayın”


Şou-biznes 20 Sen 2018 13:33:00 475 0

Əməkdar artistin qızı: "Məni o xəbərin altına təq edib, üzgün işarəsi qoymayın”

Dünən yerli saytlarda ABŞ-a köçən müğənni Fərid Məmmədovun Nyu-Yorkda kuryer işləməsi ilə bağlı xəbərlər yayılıb.

Son.az publika-ya istinadən xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva anasının tələbsi olan Fərid Məmmədovu müdafiə edib. O, sosial şəbəkədə halal zəhmətlə pul qazanmağın ayıb olmadığını qeyd edib:

"Bəzi insanlar başqalarının həyatına müdaxilə etməyin daşını atsaydı, daha xoşbəxt olardılar. Məni o xəbərin altına təq edib, üzgün işarəsi qoymayın. Fəxr edirəm ki, düzgün yolu seçib halal zəhməti ilə ailəsini ac qoymayan uşaqlıq dostum var".


Xəbərə aid foto