Bakıda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı


Digərləri 20 Sen 2018 13:38:00 195 0

Bakıda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb.

Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Son.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb.